ONBİR Gazzetta dello Sport`a istinadən xəbər verir ki, Ibrahimovic Milan`da qalmaq istəyir.

Xəbərdə qeyd edilir ki, tərəflər yaxın günlərdə müqavilənin şərtlərini müzakirə etmək üçün masa arxasına keçəcəklər.

Onun klubda ehtimal olunan maaşı 4 milyon avro civarında olacaq. O cümlədən, Milan rəhbərliyi klubun Avropa Liqası və Serie A`da uğurlu çıxış edəcəyi təqdirdə isveçli oyunçuya bonuslar təklif etməyi də planlayır.

Xatırladaq ki, gəldiyi andan etibarən kluba böyük xeyir verməyi bacaran Zlatan Ibrahimovic bu mövsüm Milan forması ilə çıxdığı 17 oyunda 9 qol və 5 məhsuldar ötürmə ilə yadda qalmağı da bacarıb.

Huseyn
İxtisasca İqtisadiyyatçı olan Hüseyn bakalavr dərəcəsini ADA Universitetində, magistratura dərəcəsini isə Budapeştin Corvinus Universitetində qazanıb. Hal-hazırda Budapeştdə yaşayır. 2003-cü ildən Milan azarkeşi olan Hüseynin ən sevdiyi oyunçular Ricardo Kaka, Paolo Maldini və Juan Roman Riquelme`dir.