ONBİR Marca saytına istinadən xəbər verir ki, Zidane Galatasaray`la matç öncəsi mətbuat konfrasında “Mbappe`nin arzusu Real Madrid`də çıxış etməkdir” sözlərinə PSG-nin idman direktoru Leonardo sərt reaksiya verib və Mbappe`nin nə vaxtsa belə söz dediyini xatırlamadığını, bütün bunların cəfəngiyyat olduğunu açıqlayıb. Zidane isə bugünkü mətbuat konfrasında bu söhbətə aydınlıq gətirib:

“aMən qəribə nəsə söyləməmişəm, sadəcə futbolçunun dediyini açıqlamışam. O, bir gün Real Madrid`də çıxış etmək istədiyini söyləyib və mən də. Onun arzusu bu klubun köynəyini geyinmək olub və mən də bunu söyləmişəm. Burada qəribə nəsə yoxdur. Yeri gələrsə yenə və hər gün söyləyərəm. Leonardo`ya açıqlayacaq nəsə yoxdur. Nə istəyirəmsə onu da söyləyirəm”.