ONBİR Marca qəzetinə istinadən Zidane`ın matç sonrası müsahibəsini sizlərə təqdim edir:

“İlk hissə həqiqətən çox pis təsir bağışladıq. Hər bir aspektdə matçın kontrolunu itirmişdik, amma ikinci hissə tamam başqa hekayə oldu və oyunu tamamilə öz xeyirimizə doğru dəyişdik. Bu matçda məni ən çox təsirləndirən futbolçuların reaksiyası oldu, çünki hər şeyi onlar dəyişdilər. Futbolda hakimin start fitindən sonra bütünlüklə matça köklənməlisən, amma biz bunu edə bilmədik. İlk hissə buraxdığımız iki qol sadəcə zarafat kimi idi, başqa heçnə söyləyə bilmərəm. James və Bale? Hər ikisinin ağrıları olduğu üçün iştirak ərizəsində yer almadılar.”