Real Madrid`in baş məşqçisi Zinedine Zidane müsahibəsində Gareth Bale`in gələcəyi ilə bağlı danışıb. ONBİR AS`a istinadən bu müsahibəni təqdim edir:

“Bale`lə bağlı bir problem yoxdur. O, bizim planlarımıza daxildir və öz üzərində işləməyə davam edir. Düşünmürəm ki, stadionu vaxtından əvvəl tərk etməsi hörmətsizlik əlaməti idi. Bəzən o heyətdə yer ala bilmir, necəki bu son matçlarda baş verirdi, amma bu heçnə demək deyil. Bale komandada qalmaq istəyir və heyətdə yer uğrunda mübarizə aparmaq niyyətindədir”.

Xatırladaq ki, daha öncə Zidane uelsli yarımmüdafiəçinin məşqlərdə göstərdiyi performansdan narazı olduğunu bildirmişdi. Oyunçunun Tottenham`ə geri qayıdacağı xəbərləri də son zamanlar mediyada yer alır.

Elnur
Elnur Həsənov təchizat zəncirinin idarə edilməsi üzrə mütəxəssisdir, Niderlandda yaşayır. O, Bakıda Biznesin İdarə Edilməsi üzrə Bakalavr Proqramını, Rotterdamda isə Logistika Menecmenti üzrə Magistr Proqramını bitirib. Hal-hazırda, Niderlandda logistik proqram təminatı məsləhətçisi kimi işləyir. Elnur AC Milan azarkeşidir, ən sevimli futbolçusu Andriy Shevchenko`dur.