Juventus`un eks-müdafiəçisi Gianluca Zambrotta Inter ilə Juventus arasında baş tutacaq qarşılaşma haqqında Sky Sports nəşrinə danışıb.

ONBİR müsahibənin detallarını sizlərlə bölüşür: ”Inter`i görüşün favoriti sayıram, çünki onlar hal-hazırda uzun aradan sonra turnir cədvəlinin lideri olduqlarına görə çox xoşbəxtdirlər. Doğma meydan amilini də nəzərə alaraq deyə bilərəm ki, nə qədər çətin bir iş kimi görünsə də, onlar Juve`ni məğlub edə bilərlər.”

Xatırladaq ki, altı oyuna maksimum nəticə göstərən Inter Juventus`u iki xal qabaqlayır.