Borussia Dortmund`un fransız müdafiəçisi Dan-Axel Zagadou sezonu zədəyə görə bitirməli oldu. Fransız müdafiəçi məşq zamanı ağır zədələnib. Onun sol dizində çarpaz bağları yırtılıb. Futbolçunun bir neçə ay yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.

Qeyd etmək lazımdır ki, iki aylıq məcburi fasilədən sonra Almaniya Bundesliga`sı yenidən başladı. Borussia Dortmund Schalke-04`ü 4-0 darmadağın edərək çempionluğa olan iddiasını yenidən ortaya qoydu. Zagadou bu oyunda da çıxış edə bilməmişdi.