Fransa Ligue 1-də Lille forması geyinən türk milli oyunçu Yusuf Yazıcı, həftə sonu Metz ilə oynuyacaqları matç öncəsi Fransa mətbuatına bir sıra açıqlamalar verib. ONBİR, Goal`a istinadən xəbər verir ki, oyunçu artıq Fransaya öyrəşməyə başlayıb:

”Əvvəllər bir az çətinlik çəkdim, ancaq gün keçdikcə adaptasiya olmağa başladım. Hazırda hər şey qaydasındadır və Fransız dili dərslərinə də başlamışam. Baş məşqçimizin tapşırıqlarını tam olaraq anlaya bilirəm.”

”Ligue 1 fiziki gücdən asılı bir liqadır. Bu mənada bir az çətinlik çəkdim, çünki mövsüm əvvəlində Lille ilə birlikdə olmamışdım. Bura ilk gələndə komanda yoldaşlarıma görə bir az fiziki cəhətdən zəif idim, ancaq gün keçdikcə hiss edirəm ki, inkişaf edirəm. Mənlə daim əlaqədə olan və köməklik göstərən istər məşqçi heyəti, istərsə də komanda yoldaşlarıma təşəkkür edirəm.”