“Topçuların” isveçrəli yarımmüdafiəçisi arxada qoyduğumuz sezonu yada salaraq qeyd edib ki, bir neçə ay öncə Arsenal`ı tərk etməyə çox yaxın olmasına baxmayaraq, indi çox xoşbəxtdir.

ONBİR BT Sport`a danışan Xhakan`nın sözlərini sizə təqdim edir:

“Hamı azarkeşlərlə mənim aramda olan hadisələrdən xəbərdardır. Bu, mənim üçün çox ağır period idi.

Etiraf edirəm ki, klubu tərk etməyə çox yaxın idim. Lakin Mikel gələr-gəlməz bizim onunla çox yaxşı münasibətimiz yarandı. O, mənim fikirlərimi tamamilə dəyişdi və mənə ikinci şansı bəxş etdi.

Mən də öz növbəmdə onun etimadını boşa çıxarmamağa çalışdım. Çox xoşbəxtəm ki, belə alındı.”

Huseyn
İxtisasca İqtisadiyyatçı olan Hüseyn bakalavr dərəcəsini ADA Universitetində, magistratura dərəcəsini isə Budapeştin Corvinus Universitetində qazanıb. Hal-hazırda Budapeştdə yaşayır. 2003-cü ildən Milan azarkeşi olan Hüseynin ən sevdiyi oyunçular Ricardo Kaka, Paolo Maldini və Juan Roman Riquelme`dir.