Wigan`ın amerikalı müdafiəçisi Antonee Robinson karyerasını Milan`da davam etdirəcək. ONBİR Sky Sports`a istinadən bildirir ki, oyunçu tibbi müayinədən keçmək üçün artıq İtaliyaya yollanıb.

Yayılan xəbərlərə görə, “Rossoneri”lər 22 yaşlı futbolçuya görə ingilis klubuna 10 milyon funt sterlinq ödəyəcəklər.

Qeyd edək ki, Robinson Everton idman akademiyasının yetirməsidir. Ötən iki mövsümü o, Championship`də çıxış edən BoltonWigan`da icarə əsasında keçirib. 2019-cu ildə isə Wigan`a 2 milyon avro qarşılığında transfer olunub və klubla 3 illik müqavilə imzalayıb. Robinson eyni zamanda Amerika Birləşmiş Ştatları milli komandasında da çıxış edir.

Elnur
Elnur Həsənov təchizat zəncirinin idarə edilməsi üzrə mütəxəssisdir, Niderlandda yaşayır. O, Bakıda Biznesin İdarə Edilməsi üzrə Bakalavr Proqramını, Rotterdamda isə Logistika Menecmenti üzrə Magistr Proqramını bitirib. Hal-hazırda, Niderlandda logistik proqram təminatı məsləhətçisi kimi işləyir. Elnur AC Milan azarkeşidir, ən sevimli futbolçusu Andriy Shevchenko`dur.