RB Leipzig`in hücumçusu Timo Werner`in Liverpool`a transfer olunma ehtimalı artıb.

ONBİR Sport Bild`ə istinadən xəbər verir ki, 24 yaşlı forvard öz həmyerlisi, Liverpool`un baş məşqçisi Jurgen Klopp`la onlayn görüşüb. Klopp artıq neçə vaxtdır ki, Werner`lə görüşüb, bu transferi müzakirə etmək istəyirdi, lakin koronavirus pandemiyası səbəbilə fiziki görüşmək mümkün olmadığından, görüş onlayn baş tutub.

Daha öncə yayılan məlumatlara görə, Werner`in hal-hazırda məqsədi “Qırmızılar”ın heyətinə qatılmaqdır və digər transfer təkliflərini rədd edəcək.

Eyni zamanda bildirilir ki, futbolçunun sərbəst qalma məbləği RB Leipzig`in bu mövsüm Bundesliga`da çempion olmayacağı təqdirdə 50 milyon avroya düşəcək.

Bütün bu amillər Werner`in yay transfer pəncərəsində alman klubunu tərk edəcəyi siqnallarını verir.

Elnur
Elnur Həsənov təchizat zəncirinin idarə edilməsi üzrə mütəxəssisdir, Niderlandda yaşayır. O, Bakıda Biznesin İdarə Edilməsi üzrə Bakalavr Proqramını, Rotterdamda isə Logistika Menecmenti üzrə Magistr Proqramını bitirib. Hal-hazırda, Niderlandda logistik proqram təminatı məsləhətçisi kimi işləyir. Elnur AC Milan azarkeşidir, ən sevimli futbolçusu Andriy Shevchenko`dur.