ONBİR Goal.com`a istinadən xəbər verir ki, Inter RB Leipzig`in hücumçusu Timo Werner uğrunda mübarizəyə qoşulub. Xəbərdə bildirilir ki, 24 yaşlı futbolçu əvvəllər İtaliyaya keçidə pozitiv baxmasa da, son zamanlar fikrini dəyişib və bu transferə yaşıl işıq yandıra bilər. Beləliklə, Liverpool Bayern Munich`in də maraq dairəsində yer alan Werner`in, karyerasını Inter`də davam etdirmə şansları artıb.

Yayılan xəbərlərə görə, “Nerazzuri” rəhbərliyi artıq oyunçunun ətrafı ilə danışıqlara başlayıb. Qarşıdan gələn yay transfer pəncərəsində bu danışıqların intensivləşəcəyi və RB Leipzig`ə rəsmi təklif göndəriləcəyi gözlənilir.

Ehtimal olunur ki, Werner`i heyətinə qatmaq üçün, Inter, ilk olaraq hücumçusu Lautaro Martinez`lə yollarını ayıracaq. Argentinalı forvardın yeni klubu olmağa əsas namizəd kimi Barcelona göstərilir.