RB Leipzig`in ulduz futbolçusu öz gələcəyi haqqında bəzi açıqlamalar verib. O, rəqibləri olan Bayern düşərgəsinə yollanmaqdansa, öz gücünü başqa bir ölkə çempionatında sınamağı daha məqsədəuyğun gördüyünü qeyd edib.

ONBİR Bild`ə danışan alman futbolçunun sözlərini sizə təqdim edir:

Bayern Munich dərin ənənələri olan, böyük bir klubdur. Onların çox istedadlı baş məşqçiləri var.

Buna baxmayaraq, klubumu dəyişəcəyim təqdirdə başqa bir liqaya yollanacağımı düşünürəm. Bundesliga`da Liepzig`dən qeyri bir klubda öz gələcəyimi görmürəm.”

Xatırladaq ki, JuventusInter Werner ilə yaxından maraqlanan klubların siyahısına başçılıq edir və hər iki klub gələn sezon futbolçunu öz düşərgəsində görmək istəyir.

Huseyn
İxtisasca İqtisadiyyatçı olan Hüseyn bakalavr dərəcəsini ADA Universitetində, magistratura dərəcəsini isə Budapeştin Corvinus Universitetində qazanıb. Hal-hazırda Budapeştdə yaşayır. 2003-cü ildən Milan azarkeşi olan Hüseynin ən sevdiyi oyunçular Ricardo Kaka, Paolo Maldini və Juan Roman Riquelme`dir.