ONBİR xəbər verir ki, Bein Sports`a danışan fransalı mütəxəssis öz həmyerlisi haqqında aşağıdakı açıqlamaları verib:

“Pogba? O ona karyerasında əngəl olacaq, sürətini zəiflədəcək bəzi zədələr aldı. Həmçinin eşitdiyimə görə, o komandanan getmək istəyirdi. Getmək istəyən oyunçunu klubda saxlamaq, ondan yüksək nəticələr gözləmək çox çətindir. Manchester United`in onu saxlamaq niyyəti varsa, gərək futbolçu ilə klub arasındakı münasibətlər yenidən gözdən keçirilsin. Hər şeyi zaman göstərəcək.”

Xatırladaq ki, Pogba 2016-cı ildə Juventus`dan Manchester`ə klub üçün rekord sayılacaq bir məbləğ- 100 milyon avro qarşılığında keçmişdi. 26 yaşlı futbolçu Manchester`də keçirtdiyi 97 oyunda 24 dəfə fərqlənməyi bacararkən 25 dəfə isə məhsuldar ötürmə ilə yadda qalıb. Cari mövsümdə isə 5 oyuna çıxan yarımmüdafiəçinin aktivində 2 məhsuldar ötürmə var.

Huseyn
İxtisasca İqtisadiyyatçı olan Hüseyn bakalavr dərəcəsini ADA Universitetində, magistratura dərəcəsini isə Budapeştin Corvinus Universitetində qazanıb. Hal-hazırda Budapeştdə yaşayır. 2003-cü ildən Milan azarkeşi olan Hüseynin ən sevdiyi oyunçular Ricardo Kaka, Paolo Maldini və Juan Roman Riquelme`dir.