Arsenal`ın keçmiş baş məşqçisi Arsene Wenger london klubunun 2006-cı ildə Highbury stadionundan Emirates`ə köçməsi haqqında danışıb. ONBİR Goal.com`a istinadən bu müsahibəni təqdim edir:

“Emirates`ə keçid mənim vaxtımda baş tutmuşdu. Highbury Enfield`ə oxşayırdı, orda bir ruh var idi. Biz yeni stadion tikdik, amma orda öz ruhumuzu tapa bilmədik, biz onu Highbury`də qoyduq.”

“Nə qədər səy göstərsək də, həmən abu-havanı yarada bilmədik. Meydandan tribunalara olan məsafə daha uzun oldu, çünki bu təcili yardım maşının keçidi üçün nəzərdə tutulmuşdu. Eyni zamanda, tribunaların mailliyi daha az olmali idi. Bütün bu xırda detallar bəhs etdiyim ruhu yaratmağımıza imkan vermədi.”

Xatırladaq ki, Highbury stadionu 1913-cü ildən londonun Arsenal klubunun ev stadionu olmuşdur, 2006-cı ildə “Topçular”ın Emirates`ə köçməklərindən sonra sökülmüşdür.

Elnur
Elnur Həsənov təchizat zəncirinin idarə edilməsi üzrə mütəxəssisdir, Niderlandda yaşayır. O, Bakıda Biznesin İdarə Edilməsi üzrə Bakalavr Proqramını, Niderlandda isə Logistika Menecmenti üzrə Magistr Proqramını bitirib. Hal-hazırda, Dordrecht şəhərində logistik proqram təminatı məsləhətçisi kimi işləyir. Elnur AC Milan azarkeşidir, ən sevimli futbolçusu Andriy Shevchenko`dur.