Mauro Icardi`nin həyat yoldaşı və agenti olan Wanda Nara Derby d`Italia`da Inter`də Icardi`nin yoxluğunun hiss olunduğunu deyib: ”O Juventus`a qarşı on bir oyunda səkkiz dəfə fərqlənmişdi.”

Mauro Icardi yay transfer dönəmində uzun sürən qalmaqalın ardından PSG-nin sıralarına qoşulmuşdu. Parislilər onu mövsüm sonu transfer etmək hüququna malik olma şərtilə icarəyə götürmüşdülər.

ONBİR xəbər verir ki, Tiki Taka nəşrinə danışan Wanda bu sözləri deyib: “Əlbəttə ki, biz JuventusInter oyununu izlədik. Birinci hissədə hiss olunurdu ki, Inter`in hücumda daha fəal olmağa ehtiyacı var. Düzünü desəm Icardi`nin bu oyunda oynamağa ehtiyacı yox idi, sadəcə sizə(üzünü Inter`in nümayəndəsi Fabrizio Biasin`ə tutaraq) qələbə üçün Icardi lazım idi. Onun həm Seria A`da, həmçinin Çempionlar Liqasında yeri görsənir.”

Xatırladaq ki, Wanda Nara Icardi`nin həmyerlisi və eks-komanda yoldaşı Maxi Lopez`in keçmiş həyat yoldaşı olub. Icardi`nin Wanda ilə ailə qurması bütün futbol ictimaiyyətində böyük əks-səda doğurmuşdu və futbolçunun Inter`dən ayrılmasında müstəsna rol oynayan amillərdən idi.

Huseyn
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit, sed do eiusmod tempor incididunt ut labore et dolore magna aliqua. Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit, sed do eiusmod tempor incididunt ut labore et dolore magna aliqua.