Beşiktaş`ın yeni prezidenti Ahmet Nur Çebi və komandası işə başlayan kimi diqqəti bir-başa maddi vəziyyətin yaxşılaşdırılmasına ayırıb. Oyunçuların İyul ayından bəri ödənməyən maaşlarını ödəyən yeni prezident, UEFA`ya verilməsi lazım olan borcsuzluq kağızlarını tam olaraq hazırlayıb. Lakin, Fikret Orman rəhbərliyinin Xorvat oyunçu Vida`nın müqaviləsinə əlavə etdiyi bir bənd yeni prezidenti şoka salıb.

Belə ki, daha əvvəldən də Vida`nın maaşının gecikməsi səbəbilə Fikret Orman oyunçunu komandada qalması üçün razı salmaq üçün xüsusi müqavilə təklif edib. Müqavilənin bir bəndinə əsasən, hər ay Vida`ya baş verən gecikmələrin üzrxahlığı olaraq 600.000 min avro ödəniləcək. Prezident Nur Çebi isə oyunçu ilə birbaşa görüşərək daha bunun mümkün olmayacağını bildirib. Uzun müddət çəkən danışıqlardan sonra Vida borcsuzluq kağızına imza atıb.