Virgil Van Dijk Liverpool ilə bu mövsüm İngiltərə Premyer Liqasında keçirilən bütün oyunlarda hər bir oyunun sonuna qədər meydanda olub. O, açıqlama verərək bildirib ki bəzi səbəblərdən artıq Avro 2020`yə vəsiqə qazanmış Hollandiya millisinin son oyununu buraxacaq. ONBİR, İngiltərə mətbuatından Mirror`a istinadən bildirir ki, Hollandiya Futbol Federasiyası Virgil`in Estoniya ilə keçiriləcək son oyunda meydanda olmayacağını təsdiqləyib.

İngiltərə Premyer Liqasında Liverpool hal-hazırda 9 xal ilə ən yaxın izləyicisini qabaqlayır. Virgil`in bu mövsüm klubuna olduqca böyük fayda verdiyini Jurgen Klopp da bildirib, ancaq onun istifadəsindən yararlanmağa məcbur olduqlarını və hər oyunda Liverpool müdafiəsinin ona ehtiyacı olduğunu bildirib. Van Dijk`ın Liverpool`un qarşıda keçirəcəyi son oyunlara hazır olmaq üçün Estoniya matçını buraxaraq İngiltərəyə dönməsi barədə artıq İngiltərənin önəmli kütləvi informasiya vasitələri xəbər edib.

Pasha
Paşa Bayramov 2019-cu ildə İstanbul Universiteti Radyo Televiziya və Sinema ixtisasından məzun olmuşdur. Elə həmin ildən Marmara Universitetində eyni sahə üzrə Magistr təhsili almaqdadır. İstanbulda yaşayır. Daha əvvəl "Radyo İletişim"-də müxtəlif idman proqramlarının aparıcısı olub.