ONBİR Mundo Deportivo`ya istinadən xəbər verir ki, Milan Valencia`nın keçmiş baş məşqçisi Marcelino Garcia Toral`la maraqlanır.

Xəbərdə bildirilir ki, “Rossoneri”lərin texniki direktoru Paolo Maldini bir ay yarım bundan qabaq ispan mütəxəssislə danışıqlar apararaq öz lahiyəsini təqdim edib və ondan komandaya rəhbərlik etmə razılığını alıb. Marcelino`nun namizədliyini klubun futbol direktoru Zvonimir Boban`da dəstəkliyib. 54 yaşlı ispan mütəxəssis digər klublardan da təkliflər alıb, amma onları Milan`a görə geri çevirib, və artıq yeni mövsümdən komandanın baş məşqçisi ola bilər.

Xatırladaq ki, Marcelino 2019-cu ilin sentyabr ayında Valencia`nı klubun prezidentilə olan münaqişəsi səbəbilə tərk edib.

Elnur
Elnur Həsənov təchizat zəncirinin idarə edilməsi üzrə mütəxəssisdir, Niderlandda yaşayır. O, Bakıda Biznesin İdarə Edilməsi üzrə Bakalavr Proqramını, Niderlandda isə Logistika Menecmenti üzrə Magistr Proqramını bitirib. Hal-hazırda, Dordrecht şəhərində logistik proqram təminatı məsləhətçisi kimi işləyir. Elnur AC Milan azarkeşidir, ən sevimli futbolçusu Andriy Shevchenko`dur.