Premier liqanın 12-ci həftəsində çempionluq uğrunda vacib 3 xal dəyəri daşıyan matçda Liverpool öz evində Manchester City ilə qarşılaşacaq.

31 xal ilə hazırda lider olan və City ilə arasındakı 6 xal fərqi olan Liverpool`un 28 yaşlı müdafiəçi Virgil Van Dijk matç öncəsi mətbuata açıqlamalar verib. Van Dijk bu matçla bağlı heç bir qorxu hissi duymadıqlarını bildirib və bunları deyib:

”İndiyə qədər sadəcə 11 matç oynamışıq və artıq çempion olmuşuq deyə bir şey yoxdur. City`nin fantastik bir komanda olduğunu bilirik. Ötən mövsüm də onlarla çempionluq uğrunda yarışanda da hansısa bir qorxu yaxud həyəcan hissimiz yox idi.”

”Qorxum yoxdur. Meydana çıxarkən heç bir qorxunuz olmamalıdır. Qorxu Liverpool`a xas bir hiss deyil. İndiyə qədər etdiklərimizi nəzər alsaq, hər matçda qələbə qazanmaq üçün lazımi potensialımızın olduğundan əminik.