ONBİR Tuttosport`a istinadən xəbər verir ki, Manchester tərəfi hal-hazırda klubda icarə əsasında çıxış edən Smalling`i transfer etmək istəyən Roma`dan 18 milyon avro tələb edir.

Smalling yay transfer pəncərəsində “Əbədi Şəhər” təmsilçilərinə qoşulmasına baxmayaraq, artıq Seria A`nın ən yaxşı mərkəz müdafiəçilərindən birinə çevrilməyi bacarıb.

Roma tərəfi bu məbləğin çox olduğunu düşünür və klubun idman direktoru Gianluca Petrachi oyunçunun qiymətini aşağı endirməkdən ötrü çalışdıqlarını qeyd edib.

Smalling`in özünün də Roma`ya birbaşa transfer olunmağa çox nikbin yanaşdığı qeyd edilir.

Xatırladaq ki, Smalling bu mövsüm Roma`nın heyətində 10 qarşılaşmada forma geyinib və bir qola imza atıb.