Mövsümün əvvəlindən son görüşlərədək Manchester United gerçək bir 9 nömrə hücumçusu olmamasının əziyyətini çox çəkdi. Bu mövqedə Anthony Martial olduqca yaxşı təsir bağışlasa da zaman-zaman istəniləni vermir və ya çox yük götürürdü. Bütün bunlardan sonra qış transfer pəncərəsinin son saatlarında keçmiş Watford hücumçusu Odion Ighalo Çindən birbaşa Manchester`ə gətirildi. Onun müqaviləsi bu mövsümün sonuna nəzərdə tutulmuşdu.

ONBİR, Mirror`a istinadən xəbər verir ki, “Qırmızı Şeytanlar” təcrübəli nigeriyalı hücumçu Ighalo üçün Çinin Shanghai Shenhua klubuna rəsmi təklif May ayının sonu ilə İyun ayının ortaları arasında ediləcək. United onun xidmətində maraqlıdır.

Pasha
Paşa Bayramov 2019-cu ildə İstanbul Universiteti Radyo Televiziya və Sinema ixtisasından məzun olmuşdur. Elə həmin ildən Marmara Universitetində eyni sahə üzrə Magistr təhsili almaqdadır. İstanbulda yaşayır. Daha əvvəl "Radyo İletişim"-də müxtəlif idman proqramlarının aparıcısı olub.