Goal.com xəbər verir ki, Lyon`un talismanının son zamanlar adı daha çox Tottenham ilə hallansa da, “Qırmızı Şeytanlar” onu ən çox transfer etmək istəyən tərəfdir.

Hollandiyalı oyunçu Old Trafford`da keçirtdiyi 18 aydan sonra 2017-ci ildə Fransanın yolunu tutmuşdu. Lyon`da keçmiş formasına qovuşan oyunçu bu mövsüm iştirak etdiyi on dörd oyunda on bir dəfə fərqlənməyi bacarıb.

Tottenham`ın oyunçu üçün 50 milyon funtluq təklif hazırladığı deyilsə də, Lyon`un keçmiş əfsanəsi və idman direktoru olan Juninho qeyd edib ki, Depay United`a daha yaxındır.

ONBİR OLTV`ə danışan Juninho`nun sözlərini sizlərə təqdim edir:

United`in Depay`ı almaq üçün daha çox şansı var. Futbolda belə şeylər olur. Hələki onunla bağlı klubumuza heç bir rəsmi təklif gəlməyib.

Kontraktın bitməyinə bir il qalarkən, oyunçu ilə onun uzadılması haqqında danışıqlar aparmaq daha çətin olur. Buna baxmayaraq, düşünürəm ki, Depay Lyon`da xoşbəxtdir.”

Huseyn
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit, sed do eiusmod tempor incididunt ut labore et dolore magna aliqua. Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit, sed do eiusmod tempor incididunt ut labore et dolore magna aliqua.