ONBİR Sabah qəzetinə istinadən xəbər verir ki, Çaykur Rizespor səfərində də etdiyi qurtarışlarla Trabzonspor`un 3 xal qazanmasında böyük rol oynayan qapıcı Uğurcan Çakır`ı Liverpool`dan başqa komandalar da izləməyə başlayıb.

Trabzonspor`un 23 yaşındaki türk qapıcısı Uğurcan, Rize səfərində komandası hələ hesabda geridə olarkən 3 dəfə 100 faizlıq epizodun qarşısını ala bilib. Onun yüksələn performansı Avropa nəhənglərinin də diqqətindən yayınmayıb.

Belə ki, Uğurcan`ı bir müddətdir ki izləyən Liverpool`dan başqa bəzi alman və fransız komandaları da izləməyə başlayıb. Belə ki, 23 yaşlı qapıcı ilə Fransanın Lille və Almaniyanın Schalke 04 komandaları da maraqlanır.

Gənc qapıcının 76 faizlıq qurtarış göstəricisi var və o, 13 rəsmi oyunda qapısında 18 qol görsə də, etdiyi qurtarışlarla bir sıra komandaların diqqətindədir.