Türkiyənin təcrübəli hakimlərindən biri olan Cüneyt Çakır`a UEFA tərəfindən daha bir tapşırıq verilib. Belə ki, 43 yaşlı türk hakimə UEFA Çempionlar Liqasının 1/16 turunda keçiriləcək olan Tottenham Leipzing matçını idarə etməsi tapşırılıb.

Türkiyə Futbol Federasiyasından verilən açıqlamaya əsasən 19 fevralda keçiriləcək müsabiqədə Cüneyt Çakır`ın köməkçiləri Bahattin Duran və Tarık Ongun olacaq. VAR hakimləri vəzifəsini isə Mete Kalkavan ilə Abdulkadir Bitigen öz üzərinə götürəcək. 

Qeyd edək ki, Cüneyt Çakır 2015-ci ildə Barcelona ilə Juventus arasında keçirilən UEFA Çempionlar Liqasındakı final qarşılaşmasının baş hakimi olmuşdu.