UEFA maraqla gözlənilən və son 5 ildəki nəticələrə əsasən tərtib edilən ən güclü klubların siyahısını açıqlayıb. İlk 3 yerdə İspaniya komandalarının hegemonyası diqqətləri cəlb edib. ONBİR UEFA-ya istinadən xəbər verir ki, siyahıya Real Madrid klubu liderlik edir. 2-ci yerdə Atletico Madrid, 3-cü yerdə isə Barcelona klubu qərarlaşıb. Siyahının ilk beşliyini Bayern Munich Juventus komandaları tamamlayır.

Siyahıdaki bir digər maraqlı məqam isə Türkiyə klubları ilə bağlı olub. Belə ki, bu mövsüm Avrokuboklardan uzaq qalan Fenerbahçe Çempionlar Liqasında Türkiyəni təmsil edəcək olan Galatasaray arasındaki fərq nəzərdən qaçmayıb. Türk klublarından Beşiktaş 24-cü pillədə qərarlaşarkən, Fenerbahçe 39, Galatasaray isə 60-cı yerin sahibi olub.