Bugün UEFA Avroliqasında 2019/20-ci mövsümünün ilk görüşləri keçiriləcək. ONBİR çempionatın ən gözəbatan nəaliyyətlərini sizinlə bölüşür:

– Futbolda daha əvvəl UEFA kuboku, sonradan isə, Avroliqa kimi adlandırılan Avropanın 2 nömrəli çempionatında ən çox çempion olan klub Sevilla`dır. İspan komandası bu kuboku 5 dəfə muzeyinə apara bilib.

–  UEFA Avroliqasında təmsilcisi ən çox kubok qazanan ölkə də məhz elə İspanyadır. İspan komandalar 1971-ci ildən bu yana, 16 dəfə finallara çıxıb və onların 11-də kuboku qazanıb. İspanları 9 kubok ilə ingilis və italyan klubları təqib edir.

– UEFA Avroliqasında ən çox kubok qaldıran futbolçu isə Antonio Reyes`dir. Bu il 36 yaşında dünyasını dəyişən Reyes, bu kuboku Atletico Madrid ilə 2, Sevilla ilə 3, toplamda isə 5 dəfə qazanmağa layiq olub.