Türkiyə Milli Komandası Fransa millisi ilə oynayacağı matçda 576-cı dəfə meydana çıxmış olacaq. Türk milli komandası 96 illik tarixində 304 rəsmi və 271 hazırlıq oyunu keçirib. Ümumilikdə isə ”Ay-Ulduzlular” 575 oyunda 220 dəfə qələbə qazanıb, 222 dəfə isə məğlubiyyət əldə ediblər. Matçların 133-ü isə bərabərlik ilə nəticələnib.

Türkiyə komandası 250 ev, 245 səfər və 80 neytral meydançada oynanılan oyunlarda toplam 760 qol vurub, qapısında isə 822 qol görüb. Milli komanda indiyə qədər 88 fərqli komanda ilə mübarizə aparıb. 575 oyunun 494-ü Avropa, 32-si Asiya, 23-ü Amerika, 23-ü Afrika və 3-ü isə Okeaniya təmsilcilərinə qarşı olub.

A Milli komanda 2019-cu ildə isə 10-cu oyununa çıxır. Bu il oynadığı 9 oyunda 8 dəfə qələbə qazanan milli komanda, sadəcə İslandiya millilərinə qarşı qələbə qazana bilməyiblər. 9 oyunda 19 qol vuran Türkiyə, qapısında isə sadəcə 3 qol görüb.