Türkiyə Kubokunun sahibi müəyyənləşdi
Türkiyə Kubokunun sahibi müəyyənləşdi

Türkiyə Kubokunda 2019/2020 mövsümünün qalibinin adına aydınlıq gəlib.

ONBİR xəbər verir ki, həlledici matçda Trabzonspor ilə Alanyaspor qarşılaşıb. Görüş 2:0 hesabı ilə “Bordo-Mavilər”in qələbəsi ilə başa çatıb.

Trabzon təmsilçisinin qollarını Abdülkadir Ömür və Alexander Sorloth vurub.

Qeyd edək ki, matçın icmalına saytımızın “İcmallar” bölməsinə daxil olaraq baxa bilərsiniz.