Tuchel Neymar məsələsində azarkeşlərin haqqlı olduğunu vurğuladı

ONBİR L’Equipe saytına istinadən xəbər verir ki, yay transfer pəncərəsində klubu tərk etmək istəyən Neymar`a qarşı hələ də azarkeşlərin əsəbləri soyumayıb. Bu barədə öz fikirlərini bildirən klubun baş məşqçisi Tuchel də azarkeşlərin haqqlarını müdafiə etdi. Baş məşqçinin müsahibəsini sizlərə təqdim edirik:

“Bu, elə də asan situasiya deyil. Azarkeşlər sadəcə öz haqqlarını ifadə edirlər və bu da başa düşüləndir. Onların hər biri PSG ilə qürur duyurlar və azarkeşlər üçün hansısa futbolçunun mövsüm başlamazdan öncə klubu tərk etmək istəyi qəbul edilməzdir. Onun klubu tərk etmək istədiyini bilirdim və o da bilirdi ki, buna qarşıyam. Bu, mənim üçün doğru zaman və doğru qərar kimi görsənmirdi. Bir məşqçi kimi sözsüz ki, onu itirmək istəmirdim. Lakin sonda başa düşdük ki, bu qərarı nə o, nə də mən təyin edirəm. Hər şey PSG-dən asılıdır. Neymar klubda qalmaq istədiyini söyləməyənə qədər heç bir oyuna çıxmayacaqdı. Bu, klubun şəxsi qərarı idi.”