Trabzonspor`un böyük ümidlərlə transfer etdiyi ingilis ulduz Daniel Sturridge zədə səbəbilə 1-3 həftə arasında meydanlardan uzaq qalacaq. ”Bordo-mavililer”də klub həkimi Hakan Ayaz, Daniel Sturridge`in zədəsi ilə bağlı bu açıqlamaları verib:

Medikal Başakşehir matçı sonrası aldığı zərbə nəticəsində zədələnən Daniel Sturridge`in sol alt baldır nayihəsində əzələsi dartılıb və oyunçunun müalicəsinə başlanılıb. Oyunçu 1-3 həftə müddətində meydanlardan uzaq qala bilər.”

Qeyd edək ki, Daniel Sturridge Göztəpə ilə oynanılacaq matçı buraxmalı olacaq. Oyunçu Trabzonspor`un heyətində 4 oyuna 1 qol vura bilib. Trabzon təmsilcisində isə Sturridge`dən əlavə Abdülkadir Ömür, Ekuban, Onazi, Obi Mikel və Abdülkadir Parmak da zədəlilər siyahısındadır.