"Topçular"ın vəFAlı kuboku

İngiltərə Federasiya Kubokunda 2019/2020 mövsümünün qalibi müəyyənləşib.

Həlledici matçda Arsenal ilə Chelsea qarşılaşıb. Görüş 2:1 hesabı ilə “Topçular”ın qələbəsi ilə başa çatıb.

Bəs bu nəticə bizi təəccübləndirdimi? Təbii ki, yox …

Hər nə qədər çempionatda uğursuz çıxış etməsinə baxmayaraq Federasiya Kuboku Arsenal`ın sevimli tituluna çevrilib. Təsadüfi deyil ki, bu kuboku ən çox qazanan klub elə “Topçular”ın özüdür. (14) Ən yaxın rəqib Manchester United`də isə bu rəqəm 12-ni göstərir.

London klubu sonuncu dəfə Federasiya kubokunu 2017-ci ildə elə Chelsea`ni eyni hesabla məğlub edərək qazanmışdı.

Bu arada sözügedən turnirdə ən çox finala çıxan klub da elə Arsenal`dır. “Topçular” 20 final görən Manchester United`i yalnız 1 finalla qabaqlayır.

Qeyd edək ki, finalda məğlub olan Chelsea Federasiya kubokunu tarixində 8 dəfə qazanıb.

Matçın icmalını izləmək istəyənlər üçün: