Paris SaintGermain`in brazilyalı müdafiəçisi Thiago Silva, UEFA Çempionlar Liqasında Galatasaray ilə oynanılacaq matç öncəsi, Galatasaray və Falcao ilə bağlı bir sıra açıqlamalar verib. ONBİR, Thiago Silva`nın beİN Sports`a verdiyi reportajı sizlərə təqdim edir:

Galatasaray`ın İstanbuldaki performansı və atmosferi barədə nə fikirləşirsən?

”Dəhşətdir. Bəli bu matç çox həyəcanlı olacaq və oyun üçün səbrsizlənirik. Yaxşı oynamalıyıq, çünki Galatasaray azarkeşlərinin komandalarına köməklik etmək üçün hər şeyi etdiklərini bilirik. Ağıllı və soyuqqanlı oynamalıyıq, çünki elə olmasa, öz oyunumuzu oynaya bilməyəcəyik. Emosyalarımızı bir kənara qoymalıyıq.”

”Çox təhlükəli bir komanda ilə qarşılaşacıq. Əgər yüzdə 60-lıq bir performans göstərsək səfərdə Galatasaray`ı məğlub etmək imkansızdır.”

”Falcao`nun güclü cəhətini bilmirəm (gülür). Marquinhos, Kimpembe və Diallo`ya bu cür oyunçuların edəcəyi şeyləri təxmin etməyin mümkünsüz olduğunu demişəm. Siz bir şey təxmin etsəniz, o başqa bir şey edə bilər. Çox klass oyunçudur və ondan ehtiyat edəcəyimiz şübhəsizdir.“