Chelsea`nin cavan istedadı Tammy Abraham bu sezon məhsuldar çıxışından çox məmnun olduğunu qeyd edib. Həmçinin o, Premier League`də ən çəkindiyi müdafiəçinin adını açıqlayıb.

Chelsea`nin doğma meydanda Liverpool`a 1-2 hesabı ilə məğlub olduğu qarşılaşmada fərqlənə bilməyən oyunçu indiyədək qarşılaşdığı ən çətin rəqibin Virgil Van Dijk olduğunu qeyd edib.

ONBİR Mirror Football`a müsahibə verən Abraham`ın dediklərini sizlərə təqdim edir:

“O sanki yırtıcıdır, öz vəzifəsini çox möhtəşəm ifa edir və çox təcrübəlidir.”

“Cərimə meydançasında mərkəz müdafiəçilərinin diqqəti əsasən topda olur, bu isə hücumçu üçün manevr fürsəti yaradır. Van Dijk isə sanki bu iki hərəkəti eyni anda etməyi bacararaq mənim harada olduğumu və nə etmək istədiyimi əvvəlcədən təxmin edə bilirdi. Bəzən sadəcə ona məni rahat buraxmasını demək istəyirdim.”