Manchester United`in baş məşqçisi karantində olan futbolçulara məşquliyyət barədə məsləhət verib. ONBİR klubun rəsmi saytına istinadən norveçli mütəxəssisin sözlərini sitat gətirir:

“Təbii ki, futbolçular individual şəkildə, dieta daxil olmaqla, təlimat alıblar. Meydandakı funksiyalarına uyğun xüsusi tapşırıqları da yerinə yetirə bilərlər. Məsələn, mən uşağlarımla bağda hücumu bitirmə variantlarını məşq edirəm. Hücumçular da bu keyfiyyətləri üzərində işləyib, öz hərəkətlərini inkişaf etdirə bilərlər.

Futbolçuların çoxusunun evdə yaxşı şəraitləri var. Ona görə də, məsləhət görürəm ki, həyat yoldaşları və ya sevgililəri ilə məşq etsinlər.”

Elnur
Elnur Həsənov təchizat zəncirinin idarə edilməsi üzrə mütəxəssisdir, Niderlandda yaşayır. O, Bakıda Biznesin İdarə Edilməsi üzrə Bakalavr Proqramını, Niderlandda isə Logistika Menecmenti üzrə Magistr Proqramını bitirib. Hal-hazırda, Dordrecht şəhərində logistik proqram təminatı məsləhətçisi kimi işləyir. Elnur AC Milan azarkeşidir, ən sevimli futbolçusu Andriy Shevchenko`dur.