Ötən mövsüm Fenerbahçe`də bir çox tənqidə məruz qalan və bu yay Monaco`ya transfer olan İslam Slimani, qısa müddətdə Fransa liqası tarixinə keçməyi bacarıb.

Monaco forması ilə 6 liqa oyununa çıxan əlcəzairli futbolçu bu oyunlarda 4 qol vurub və 6 məhsuldar ötürmə ilə yadda qalıb. O, bu performansı ilə Fransa Ligue 1 tarixinə keçib. Belə ki, qol və assistlərin cəmi nəzərə alındıqda 10-a çatan ilk futbolçu məhz elə İslam Slimani olub. 31 yaşlı futbolçu, ötən mövsüm isə Fenerbahçe forması ilə 15 oyunda sadəcə 1 qol ilə yadda qalmışdı.

Monaco klubu isə Leanardo Jardim rəhbərliyində 9 həftə sonunda liqada 9 xal toplayıb və 15 qol vurub. 15 qolun isə 10`u İslam Slimani`nin köməyi ilə vurulub.

Galatasaray`a gedən Radamel Falcao`nun yerini doldurması gözlənilən hücumçu isə bu barədə belə bir açıqlama verib:

”Mən bura Falcao`nu unutdurmağa gəlməmişəm. Onun bu klubda etdikləri ilə məni müqayisə etmək düz olmaz. İkimiz də fərqli oyunçularıq.”