ONBİR Marca saytına istinadən xəbər verir ki, artıq Braziliyada Rodrygonu “şimşək” adlandırırlar. Futbolçu “Los Blancos“un heyətində super hat-trick edərək həm sol, həm sağ və həm də baş zərbəsiylə qol vuraraq klub tarixində ilk rəsmi hat-trick`ini rəsmiləşdirdi.
O, Çempionlar Liqasında debüt qolunu vuran ən gənc braziliyalı futbolçu kimi tarixə keçdi. Digər tərəfdən isə, 18 yaş 301 günlük olan Rodrygo, Çempionlar Liqasında Raul`dan sonra fərqlənən ən gənc futbolçu adını ələ keçirdi. Bu vaxta kimi ikinci yerdə Rooney qərarlaşmışdı. Rodrygo həmçinin ÇL tarixində super hat-trick edən ən gənc futbolçu kimi də tarixə keçdi.

Bu vaxta Real Madrid`in tarixində ilk 6 oyundan sonra yalnız əfsanəvi Di Stefano hat-trick etməyi bacarmışdı, amma Rodrygo artıq bu rekorda şərik oldu.”