Nəhayət uzun fasilədən sonra Çempionlar Liqası artıq qayıdır. Bugün adıkeçən turnirin 1/8 final mərhələsi çərçivəsində ilk oyunları keçirələcək. Çempionlar Liqasının son qalibi Liverpool İspaniya nəhəngi Atletico Madrid ilə Vicente Calderon stadionunda qarşılaşacaq. Oyundan öncəki mətbuat konfransında Atleti‘nin baş məşqçisi Diego Simeone Liverpool haqqında açıqlamalar verib:

“Biz tarix ərzində hər zaman ən güclü komandalardan söhbət açmışıq və bu Liverpool komandası, şübhəsiz, öz adını ən yaxşıların arasına həkk etdirəcəkdir. Həmçinin, Liverpool bizim heyranlıq bəslədiyimiz klublara nəzərən çox daha fərqlidirlər.

Bu komanda daha intensiv oyun sərgiləyir və meydandakı hər bir situasiyaya daha tez adaptasiya ola bilir. Biz çox güclü bir komanda ilə qarşılaşacağıq və bu komanda çox fərqli bir məşqçi tərəfindən hazırlanıb. Liverpool‘un oyunda çoxlu alternativ planları var. Onlar əks-hücum futbolu nümayiş etdirə bilirlər, topu özlərində saxlayıb oyunu qura bilirlər və hava mübarizəsində hakimiyyətə sahibdirlər və bu komanda artıq 4 ildir ki, bu əsaslarda hazırlanır.

Hətta Coutinho`nun getməyinə baxmayaraq, klub inkişaf etməyə davam etdi və klub bir çoxlarının gözlədiyi kimi zəifləyib dağılmadı. Məhz elə bu faktor Liverpool`un futbolçularının keyfiyyəti barəsində məlumat verir”.