ONBİR xəbər verir ki, Diego Simeone oyundan qabaq verdiyi açıqlamada ən çox “Qol Maşını” olan Cristiano`dan çəkindiklərini qeyd edib. O həmçinin əlavə edib: ”Keçən ilki qarşılaşmadan sonra hər iki tərəfdə ciddi dəyişikliklər baş verib.  Allegri Juventus`da beş ilini keçirtmişdi, Sarri isə cəmi iki aydır ki, klubun postundadır. Adaptasiya prosesi uzun vaxt alır, eynisi bizə də aiddir, bizdə Çempionlar Liqası təcrübəsi olmayan yeni simalar var. Onlara çox şeyi başa salmışıq, amma təcrübə məşqlərdə deyil, oyun zamanı qazanılır.”

“Oyundan gözləntiniz nədir?” sualına isə o belə cavab verib: ”Juventus əvvəki kimi çox güclüdür, amma biz oyuna diqtə edən tərəf olmaq istəyirik.”