Galatasaray`ın mövsümün əvvəlində çox böyük ümidlərlə icarə əsasında transfer etdiyi Jean Micheal Seri indiyə qədər göstərdiyi performans ilə Fatih Terimi ən çox məyus edən oyunçuların başında gəlir. ONBİR Soccersouls saytına istinadən xəbər verir ki, təcrübəli oyunçunun Galatasaray`da çox az müddət forma geyinməsi onun Fulham`a qayıdışı barədə müsbət göstəricidir.

Soccersouls`un Seri haqqında etdiyi analizə əsasən, Seri, Türkiyə Super liqasının standartları çərçivəsində maaş alır və günü gündən dəyərini aşağı salır. Premier Liqa uğrunda mübarizə aparan Fulham üçün Seri variantı mükəmməl bir seçim ola bilər. O, yarım-müdafiənin səviyyəsini yuxarı qaldıra bilər. Bir vaxtlar Barcelona`nın transfer hədəfi olan 28 yaşındakı futbolçunun 2022-yə qədər müqaviləsi var və icarə verilməkdənsə, komanda da qalmağı Fulham üçün daha əlverişli olar.