ONBİR xəbər verir ki, A qrupunun və turnirin açılış oyununda qarşılacaq İtaliya və Türkiyə millilərinin oyunu azarkeşlər tərəfindən səbirsizliklə gözlənilir. Oyun haqqında tuttosport`a danışan Türkiyə millisinin baş məşqçisi Şenol Güneş çox ehtiyatlı çıxış edib:

“Çox keşməkeşli qrupa düşdük. Bütün oyunlarını Romada keçirəcək İtaliyanı saymasaq digər üç millini Bakıya uzun səyahət gözləyir .

Qrupdaki rəqiblərimizə nəzər salarsaq, Galatasaray`in məşqçisi olmuş Mancini Türk futboluna bələd bir mütəxəssisdir. Eyni şeyi İsveçrə`nin baş məşqçisi Petkovic haqqında da deyə bilərəm. Yalnız Uels millisi nisbətən bizim futbolumuzdan bixəbərdir.

İtaliyanın favorit olduğunu deyə bilərəm, onlar seçmə mərhələni xal itirmədən başa vurublar. Lakin mən bu qrupdan bəzi sürprizlər də gözləyirəm.

İtaliyanlar bütün oyunlarını doğma meydanda keçirəcək, bu onlar üçün böyük üstünlükdür. Lakin bizim heyətimizdə də Roma`nın doğma olduğu Cengiz Ünder var, o da oyun zamanı özünü evdəki kimi hiss edəcək.”   

Huseyn
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit, sed do eiusmod tempor incididunt ut labore et dolore magna aliqua. Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit, sed do eiusmod tempor incididunt ut labore et dolore magna aliqua.