Mesut Özil ilə bağlı spekulasiyalar səngimək bilmir. Komandanın ən yüksək maaşlı futbolçusu statusunu hələ də saxlayan Mesut, klubdan ayrılmağı da istəmir. Ən son Granit Xhaka`nın azarkeşlərə etdiyi hərəkət, heç də yaxşı qarşılanmadı və fanatların ona olan nifrətini daha da çoxaltdı. Belə olan təqdirdə artıq komandada Unai Emery`yə olan təzyiqlər daha da artmış oldu.

Ən son “Topçular”-ın Bosniya və Herseqovinalı müdafiəçisi Sead Kolasinac da Unari Emery`yə bildirib ki, Mesut daha çox meydana çıxmalıdır. Azarkeşlərin də Mesut`un oynamasını istəməklərinə daha əvvəl baş məşqçi qəti şəkildə əks fikir bildirmişdi. O, niyə Mesut`a forma şansı vermədiyini  indi açıqlamağın doğru olmayacağını da bildirmişdi. Ancaq, Özil`in Liverpool qarşısında çıxışı və Xhaka`nın heyətdən kənar qalması onun daha çox forma şansı əldə etməyinə səbəb ola bilər.