Chelsea`nin bir zamanlar baş məşqçisi olmuş Luis Felipe Scolari Londondakı günləri xatırlayaraq bəzi açıqlamar verib.

Scolari “Zadəganlar”ın postuna 2008-ci ildə Avram Grant`ın istefa göndərilməsindən sonra gətirilmişdi. O, bununla Premier League`də dünya kubokuna sahib ilk baş məşqçi olmuşdu. O, bunu 2002-ci ildə Braziliya millisinin baş məşqçisi olaraq bacarmışdı.

ONBİR Yellow and Green`ə danışan 71 yaşlı mütəxəssisin sözlərini sizə təqdim edir:

“Anelka və Drogba arasındakı problemlər kollektiv ruhuna ciddi zərbə endirirdi.
Drogba mövsümün əvvəlini zədə səbəbi ilə buraxmalı olmuşdu. O, yenidən klubun sıralarına qayıdarkən isə, Anelka artıq Premier League`nin bombardirinə çevrilmişdi.

Mən start heyətdə onların hər ikisinə şans verməyə çalışdım, lakin Anelka ilə görüşümüzdə o dedi ki, hücumda yalnız oynamaq istəyir.”

Xatırladaq ki, dalbadal uğursuz nəticələr əldə edən Scolari cəmi yeddi ay klubun baş məşqçisi olduqdan sonra klub rəhbərliyi tərəfindən istefaya göndərilmişdi.

Huseyn
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit, sed do eiusmod tempor incididunt ut labore et dolore magna aliqua. Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit, sed do eiusmod tempor incididunt ut labore et dolore magna aliqua.