Bayern Munich, Manchester United və Almaniya milli komandasının keçmiş yarımmüdafiəçisi Bastian Schweinsteiger intervyuda Jose Mourinho’nun Münhen klubuna potensial keçidi haqqında danışıb. Bastian Manchester United’də oynayan zaman baş məşqçisi olmuş portuqaliyalı mütəxəssisin hal-hazırda baş məşqçi axtarışında olan Bayern’ə keçid şanslarını yüksək qiymətləndirib. ONBIR Sky Sports dərcinə istinadən bu intervyunu sizlərə təqdim edir:

“Yadıma gəlir ki, Jose məndən həmişə Bayern və Bundesliga haqqında soruşurdu. O, hətta, hər kiçik klubda oynayan futbolçuları tanıyırdı və izləyirdi. Həmçinin, Jose alman dilini öyrənirdi. Nəzərə alsaq ki, o, heç vaxt Bundesliga’da çalışmayıb, mənim fikrimcə, Bayern’in təklifi onun üçün maraqlı olacaq.”

Xatırladaq ki, Eintracht Frankfurt’la oyunda 1-5 hesabı ilə məğlub olan Bayern Munich, baş məşqçi Niko Kovac’la yollarını ayırdı. Bu posta namizədlər arasında Jose Mourinho’dan başqa Ralf Rangnick, Hans-Dieter Flick, Eric ten Hag və Massimiliano Allegri də yer alır.