Juventus`un baş məşqçisi Maurizio Sarri Torino ilə derbi öncəsi VAR sisteminin tərəfdarı olmadığını və bəzi “absurd” qaydaları anlamaqda çətinlik çəkdiyini etiraf edib.

Bu həftə Seria A`da baş həkimlərin davranışı gündəm yaradan məsələlərdən olub. Onlar bəzi epizodlarda VAR`a etinasız yanaşaraq öz mübahisəli qərarlarına üstünlük veriblər.

Buna baxmayaraq, Sarri hakimlərin bu hərəkətini dəstəklədiyini açıqlayıb.

ONBİR müsahibəni sizlərə təqdim edir:

“Mən referilərin oyunu meydanda idarə etməsinin tərəfdarıyam. Hər xırda epizoda görə uzun müzakirə etmək yersizdir. Top əl ilə təmas etdikdə, qayda pozuntusunun olub-olmadığının hansı qaydaya əsasən təyin edildiyini anlamaqda çətinlik çəkirəm.

Həyatda da bəzi axmaq yeniliklər olur və sən ona uyğunlaşmalısan. Mən bunu bəyənmirəm, bu mikroskopik səhvləri ortaya çıxartmaq üçün tətbiq edilən bir sistem idi, indi isə hər oyun üç-dörd dəfə istifadə edilir. Xarici liqalarda VAR`a getmək  İtaliyadakı qədər populyar deyil.”