Depay ONBİR

Borussia Dortmund`un yarımmüdafiəçisi Jadon Sancho`nun klubu tərk edəcəyi ilə bağlı xəbərlər gündəmdə yer aldığı halda, almanlar 20 yaşlı futbolçuya alternativ axtarışına çıxıblar. ONBİR Sports.ru`ya istinadən xəbər verir ki, klubun maraq dairəsinə Olympique Lyon`un hücumçusu Memphis Depay düşüb. Depay`ın fransız klubu ilə müqaviləsi 2021-ci ilə qədər nəzərdə tutulub, transfer qiyməti isə 44 milyon avro təşkil edir.

Fransa çempionatının cari mövsümündə 26 yaşlı niderlandlı futbolçu çıxdığı 13 oyunda 9 qol, 3 həlledici ötürmə ilə yaddaq qalıb. Mövsümün böyük hissəsini o, zədə səbəbilə yaşıl meydanlardan uzaq qalıb.