fbpx
January 27, 2021

Ruslan Abışov: Berti Foqtsun dövründə heç olmasa, qol vura bilirdik

Ən son

Avatar
Urfan
Urfan Bəşirov Bakı Dövlət Universitetinin Fizika fakültəsini bitirib. Hal-hazırda ixtisası üzrə çalışmır və hobisi olan redaktorluqla məşğuldur. Sırf bir kluba bağlı olmayan Urfan EPL oyunlarını izləməyi çox sevir. Ən sevimli oyunçusu Cristiano Ronaldo`dur.

Sabah`ın kapitanı Ruslan Abışov “Report”un instaqram səhifəsindəki canlı yayımda Azərbaycan millisinin DÇ-2022-nin seçmə mərhələsindəki şanslarını dəyərləndirib.

ONBİR 34 yaşlı oyunçunun açıqlamalarını təqdim edir:

“Biz, onsuz da, hər zaman belə qruplara düşmüşük. Hamı deyir çətin qrupdur. Amma Avropada zəif yığma yoxdur. Zəif saydığımız Lüksemburq millisinin 14 futbolçusu müxtəlif ölkələrin klublarında çıxış edir. İldən-ilə hər kəs inkişaf edir.

Sadəcə evdə uğurlu nəticələr qazana bilərik. Biz hər zaman səfər oyunlarında problem yaşayırıq. Həmin dövrdə milliyə çağrılacaq oyunçuların səviyyəsi, hansı formada olması çox önəmlidir. Yığmanın uğur qazanmasını istəyiriksə, ölkə xaricində çıxış edən bir neçə futbolçumuz olmalıdır. Yalnız yerli çempionatda oynayan futbolçularla mübarizə aparsaq, qrupda ya 5-ci, ya da 6-cı olacağıq. Ən yaxşı halda isə 4-cü yeri tuta bilərik.

Berti Foqtsun vaxtında deyirdilər ki, yığma müdafiə futbolu oynayır. Amma ən azından qol vurub, xallar yığa bilirdik. Təəssüf ki, son Millətlər Liqasında yığma həm müdafiə futbolu oynadı, həm də az qol vurdu. Bu turnir bizim kimi komandalar üçün böyük şansdır. Millimizin qarşıdakı seçmə mərhələdə güclü rəqiblərə qarşı necə oynaması maraqlı olacaq. Martda hər kəs yığmanın hansı gücdə olduğunu görəcək”.

Əvvəlki məqaləArsenal 2:0 Newcastle United
Növbəti məqalədəPochettino`nun ikinci hədəfi
- Advertisement -

More articles

Rəy bildir

- Advertisement -

İcmallar