Manchester United`in keçmiş hücumçusu Wayne Rooney müsahibəsində Gerard Pique`nin ingilis klubunda çıxışı barədə danışıb. ONBİR AS qəzetinə istinadən bu müsahibəni təqdim edir:

“Demək olar ki, Bolton`la səfər oyunu Pique`nin MU səhifəsini qapatdı. O cavan idi, rəqib isə onu barmağına doladı. Fikrimcə, o oyundan sonra Ferguson belə qərara gəldi ki, Pique Premier League`ya uyğun deyil.

Bu məsələdə Vidic`in hazırlığı heç vaxt yadımdan çıxmaz: Bolton`la səfər oyununa 2-3 gün qalmış, o, məşq zalından çıxmırdı.”

Xatırladaq ki, uzun illərdi Barcelona`da oynayan Gerard Pique, 2004-2008 illərində Manchester United`in şərəfini qoruyub.

Elnur
Elnur Həsənov təchizat zəncirinin idarə edilməsi üzrə mütəxəssisdir, Niderlandda yaşayır. O, Bakıda Biznesin İdarə Edilməsi üzrə Bakalavr Proqramını, Niderlandda isə Logistika Menecmenti üzrə Magistr Proqramını bitirib. Hal-hazırda, Dordrecht şəhərində logistik proqram təminatı məsləhətçisi kimi işləyir. Elnur AC Milan azarkeşidir, ən sevimli futbolçusu Andriy Shevchenko`dur.