Juventus`un hücumçusu Cristiano Ronaldo uşaqlıq xatirələrindən danışıb. ONBİR A Bola`ya istinadən bu müsahibəni təqdim edir:

“Uşaq vaxtı düşünürdüm ki, 35 yaşımda Madeyrada (Portuqaliyaya məxsus ada) balıqçı olacam. Özü də bahalı bir tilov yox, nazik, barmağa dolanmış bir iplə balıqçılıqla məşqul olacam. Heç ağlıma belə gəlməzdi ki, belə böyük klublarda oynayıb, bütün bu titulları qazanacağam.”

Həmçinin, 35 yaşlı forvard Juventus`un bu il Çempionlar Liqasındakı şanslarından danışıb:

“Biz başa düşürük ki, bu çətin turnirdir və nəticəsi bir neçə amildən asılıdır. Amma fikrimcə, biz buna nail ola bilərik, komandamız yetərincə güclüdür. Biz addım-addım irəliyəcəyik.”

Xatırladaq ki, 5 fevral 35 yaşı tamam olan Ronaldo Çempionlar Liqasının 5 qat qalibidir.

Elnur
Elnur Həsənov təchizat zəncirinin idarə edilməsi üzrə mütəxəssisdir, Niderlandda yaşayır. O, Bakıda Biznesin İdarə Edilməsi üzrə Bakalavr Proqramını, Niderlandda isə Logistika Menecmenti üzrə Magistr Proqramını bitirib. Hal-hazırda, Dordrecht şəhərində logistik proqram təminatı məsləhətçisi kimi işləyir. Elnur AC Milan azarkeşidir, ən sevimli futbolçusu Andriy Shevchenko`dur.