Cristiano Ronaldo Braziliya millisində çıxış edən komanda yoldaşı Daniloya: “Əgər mən Braziliya millisində çıxış etsə idim, sizin daha beş DÇ titulunuz olardı”

ONBİR DAZN Brazil`ə danışan Danilo`nun sözlərini sizlərə təqdim edir:

“Mən onu Madriddən tanıyıram və Juve`də yenidən yollarımızın kəsişməyi məni çox xoşbəxt etdi. Onun bütün oyunçu keyfiyyətlərilə ilə bərabər çox punktual və diqqətcil biri olduğunu deyə bilərəm.

O hətta mənə dedi ki, əgər bizim millidə oynasa Braziliyaya daha beş Dünya Kuboku qazandıra bilərdi.”

Xatırladaq ki, “Sambaçılar”ın aktivində beş dünya çempionluğu var və onlar bu göstərici ilə dünya lideridirlər. İkinci və üçüncü yerləri isə aktivində dörd çempionluq olan Almaniya və İtaliya bölüşür.