ONBİR France Football dərcinə istinadən xəbər verir ki, 34 yaşlı ulduz Cristiano Ronaldo Manchester United`də oynadığı vaxt ərzində qazandığı təcrübə və bacarıqlar ilə bağlı bir sıra açıqlamalar verib:

”Əgər bir az ağıllısansa, daim ətrafına baxıb səndən daha yaxşı olan futbolçulardan bir şeylər öyrənməyə çalışarsan. Manchester`də olanda mən də eyni şeyi edirdim. Giggs, Scholes, Van Nistelrooy, Rio Ferdinand və başqaları. Əgər bu sadaladığım oyunçulardan bir şey öyrənə bilmirsənsə, deməli sən əbləhsən. Məqsəd onları eynilə təqlid etmək deyil, məqsəd ən yaxşılardan səndə çatışmayan şeyləri sahiblənməyə çalışmaq olmalıdır, hansı ki, mən də onu etdim. Bacarıqlı idim, və həmişə onları izləyirdim. Sir Alex Ferguson da mənə çox şey öyrətdi və nəticədə sadəcə dribblinq edib ya da pas verməkdən əlavə, qol vurmaq üçün də lazımi olan potensialımın olduğunu öyrəndim. Düşünürəm ki, hər tərəfli oyunçuyam və heç bir zəif cəhətim yoxdur. Hər cür qol vurmağı bacarıram: sağ ayaq, sol ayaq, baş və s. Güclüyəm və cəldəm. Əgər kimdəsə bunlar varsa və vaxtında məşq edib, sağlam qidalanırsa, 34 yaşında belə olsa onları ötüb keçmək asan olmayacaq.